Yatarkən hasil olan hormon insanı arıqladır

  • 2023.04.14 14:47
  • 2880 Baxış
Yatarkən hasil olan hormon insanı arıqladır
Böyümə hormonunun təsiri ilə yuxu zamanı saç tökülmə və dəri quruluğu azalır, artıq piylər yandırılır.

“Medicina” xəbər verir ki, yaşlandıqca bu hormon həyatımızda böyük rol oynayır. hormon 25 yaşda orqanizmdə haslini tamamilə dayandırır. Yetkinlərdə bu hormon “super əskər” serumu kimi fəaliyyət göstərir.

İnsan bədəni tam formalaşdıqdan sonra böyümə hormonu bir çox vacib işi yerinə yetirməyə davam edir. Qaraciyərin, ürəyin işini tənzimləyir, fiziki dözümlülüyü və koqnitiv funksiyaları dəstəkləyir, həmçinin yağ yığılmasından qoruyur.


Bu hormonun təsiri ilə yuxuda yaralar sağalır, dərinin keçəllik və ya saç tökülmənin qarşısı alınır. Dəridə quruluğu azaldır, artıq piylər yandırılır. Bəs necə olur ki, bu hormon yuxuda ifraz olunur?

Böyümə hormonu istehsalının zirvəsi gecənin birinci yarısında - təxminən axşam 22:00-dan gecə saat 2-ə qədər baş verir.

Bədəninizin maksimum böyümə hormonu istehsal etməsi və yaxşılaşması üçün gecə yarısından əvvəl, ideal olaraq saat 22-23-da yatmağa çalışın.

Bundan əlavə, yuxu olmaması başqa bir hormon olan melatoninin səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər ki, bu da bədəndə iltihabla mübarizə aparmağa kömək edir və böyümə hormonunun istehsalını artırır.

Odur ki, çalışın vaxtında yatmağa. Yerinizdə də 7,8 saatdan artıq uzanmayasınız.

Aynurə Məmmədova