Yatarkən tərləmək xərçəngdən ola bilərmi?

  • 2023.05.04 21:55
  • 1837 Baxış
Yatarkən tərləmək xərçəngdən ola bilərmi?
Xərçəng öz simptomunu insan gecə yatarkən göstərə bilər.

“Medicina” xəbər verir ki, həkim – onkoloq Andrey Vorobyovun sözlərinə görə , xərçəng simptomları gecələr daha da aktivləşir. Bəzi araşdırmalara görə, xərçəng hüceyrələrinin gecə böyüməsi sübut olunub.

“Bu zaman insana təsir edən "ən ümumi" simptom yuxu hiperhidrozudur. Yuxu hiperhidrozu və ya gecə tərləmələri çox ciddi simptomdur. Tərləmə o qədər güclü olur ki, yataq dəsti islanır. Buna görə xəstə ayağa qalxmalı, duş qəbul etməli və yataq paltarlarını dəyişdirməli olur”.


Həkim bildirir ki, gecə tərləmələri ilə yanaşı bunlar olarsa, həkimə gedilməlidir:

- Daimi (gecədə bir dəfədən çox baş verir)
• qədər tərliyirsiniz ki, duş qəbul etmək və çarşafları dəyişmək üçün yataqdan qalxmalısınız.
• Qızdırma ilə müşayiət olunur.

Böyrək, qaraciyər və yumurtalıq xərçəngi bu simptomla özünü göstərə bilsə də, yuxu hiperhidrozu leykemiya (qan xərçəngi) və limfoma (limfatik sistem xərçəngi) üçün əlamətdar bir simptomdur”.


Gecə tərləmələri xərçəngin xəbərdaredici əlaməti sayılsa da, həmişə ölümcül bir xəstəliyə işarə etməyə bilər.
Xərçənglə əlaqəli olmayan gecə tərləmələrinin bir çox başqa səbəbləri var, məsələn, ən çox görülənlər qadınlarda menopauza zamanı istilik və gecə tərləmələridir.

Günay Quluzadə