Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yaxın gələcəkdə hansı ağır xəstəliyə tutulacağını bir chek-up ilə biləcəksən – Türkiyədə xüsusi genetik analizlər

  • 2019.07.04 17:55
  • 59029 Baxış
Yaxın gələcəkdə hansı ağır xəstəliyə tutulacağını bir chek-up ilə biləcəksən –  Türkiyədə xüsusi genetik analizlər
Türkiyənin nüfuzlu genetik laboratoriyalarında genetik chek-up paketləri Azərbaycan pasiyentlərinə təqdim olunan yeni tibbi müayinə məhsuludur.


Medicina.az xəbər verir ki, Türkiyədə müalicə üzrə ölkəmizdə sayılıb-seçilən Famax tibbi turizm öndə gedən genetik laboratoriyalarla əməkdaşlığı çərçivəsində yeni genetik analizlər imkanını da pasiyentlərə ən sərfəli qiymət və müddətə təklif edir.


Şirkətin rəhbəri, uzman kardioloq İkin Babayev medicina.az-a bildirdi ki, bu müayinələr imkan verir ki, gənc və orta yaş qrupuna aid insanlarımız gələcəkdə hər hansı ciddi xəstəlik, məsələn onkoloji, kardioloji riski daşıyıb-daşımadığını illər öncədən biləcək.


"Bu həm də ailədə, nəsildə onkoloji xəstəliyi olan insanlar üçün önəmlidir. Məsələn, 35-40 yaşlı bir şəxs genetik analiz verərək, hansı irsi xəstəliyə meyilli olması və gələcəkdə hansı ağır xəstəliyə tutulma riskini öyrənir. Əgər həmin insanın atası, babası ürək xəstəliyindən dünyasını dəyişibsə, bu chek-up-dan keçdikdə, bu xəstəliyə meyilli olub olmamasını, eləcə də nə qədər yaxınlaşdığını dəqiqləşdirir. Analizin nəticəsi olaraq genetik həkim bildirir ki, xəstədə tutaq ki, infarkt olma riski çoxdur, həyat tərzində, qidalanmasında dəyişikliklər etməli, müayinə və müalicə tədbirləri görməlidir. Və yaxud deyə bilər ki, belə bir risk yoxdur, narahat olmaya bilər”.


Bu genetik analizlər qadınlarda süd vəzi və ginekoloj şiş xəstəlikləri riskini də öncədən görmək üçün vacibdir. Hətta ola bilər ki, qadın pasiyentin ailəsində süd vəzi xərçəngi bu günə kimi olmayıb, amma onun genlərində bu risk aşkarlansın.


Genetik chek up konkret sorğuya görə keçirilir, çünki bütün genetik analizləri etmək mümkün deyil. genetik xəritə açılır, 

Uşaqlarda səbəbi bilinməyən xəstəliklər, sindromlar, irsi keçirilən nadir xəstəliklər dəqiqləşdirilir. 


Övladı nevroloji qüsurlu doğulan ailələr gələcək planlamada mütləq genetik analiz keçib, növbəti doğulacaq övladının da xəstə olub-olmamasını dəqiqləşdirə bilər.


Artıq Azərbaycandan genetik analiz chek-up-ları üçün müraciətlər qəbul edilir.

Bu müayinələrin qiyməti bir qədər bahalı olsa da buna dəyər. Çünki onkologiyanın geniş yayıldığı bir dövrdə insan hansı onkoloji xəstəliyə tutulacağı riskini hesablayıb, buna qarşı tədbirli olur, lazım gələrsə profilaktik müalicələr edir və ya xəstəliyi çox erkən mərhələdə yaxalayır.

 

FAMAX Medical Tourism

Əlaqə telefonları:  012 493 22 02 

                        050 444 30 20

Ünvan: 28 may küçəsi, 29

 


Yaxın gələcəkdə hansı ağır xəstəliyə tutulacağını bir chek-up ilə biləcəksən –  Türkiyədə xüsusi genetik analizlər