Yay aylarında koronavirusdan belə qorunun- Həkim Məsləhəti

  • 2020.05.05 13:40
  • 1674 Baxış
Yay aylarında koronavirusdan belə qorunun - Həkim Məsləhəti


Quru tənəffüs yolları ( ağız, boğaz, bronxlar) koronavirus üçün açıq qapı kimidir. Bu qapı yay aylarında havaların isti olmasına baxmayaraq, həmişə açıqdır və yoluxma təhlükəsi var.


Medicina.az xəbər verir ki, həkim yazar Hümbət Həsənoğlu yayda koronavirusdan qorunmaq üçün tövsiyələrini verib.


"Evin, xüsusən yatdığınız otağın temperaturu 20 dərəcəni keçməsin ki, tənəffüs yollarınız qurumasın, nəm qalsın. Otaq havasının nəm saxlanılması üçün bütün otaqlarda, xüsusən də yataq otağında, yastığınıza yaxın yerdə ağzı geniş qablarda su quyun. Otağın nəmliliyi 50-55 olmalıdır. Bu sizlərdə faringit, laringit, bronxit və s. xəstəliklər üçün də profilaktik tədbir olar. Qoyduğunuz sulara bir çimdik duz atmağınız da məsləhətdir.

Əlavə artıq təcrübədən uğurla çıxmış bir neçə məsləhət:

- Çöldən evə qayıdan kimi ağzınızı, boğazınızı və burnunuzu duzlu su ilə mütləq yaxalayın. Virusa qarşı çox effektlidir. Bir stəkan azacıq isti suya yarım çay qaşığı xörək duzu. Bu gün virusa qarşı yeganə və ən güclü silahımız İMMUNİTETİMİZDİR! Onu zəiflətməməli, imkan olduqca gücləndirməliyik. Bunun üçün:

1) Bu gün hamı evdə olduğundan çoxlarının yuxu rejimi pozulub. Yuxu isə immunitetimiz üçün çox vacibdir.

2) Stress orqanizmdə kortikosteroidlərin miqdarını artırır və onlar da immuniteti zəiflədir.

Əksinə yaxşı əhval- ruhiyyə qanda endorfinin və o təsirdə olan maddələrin miqdarını artırır ki, onlar da immuniteti kəskin gücləndirir.

Bunun üçün ilk olaraq özünüz bədbinlik yayan stansiya olmayın. Hər şey yaxşı olacaq. Sizə xoş olan insanlarla ünsiyyətdə olun, həmçinin virtual məkanlarda. Sevdiyiniz musiqiyə qulaq asın".