Yay kilolarından qurtulmağın 7 YOLU

  • 2021.09.03 10:56
  • 2369 Baxış
Yay kilolarından qurtulmağın  7 YOLU
Yay aylarından sonra bir çox insan aldığı çəkilərdən qurtulmağa çalışır. Mütəxəssislər qeyd edirlər ki, çəki verməyə çalışarkən sağlamlığımızı təhdid edən “şok diyet”lərdən mütləq uzaq durmaq lazımdır. Sağlam qidalanmaya keçərək, hər gün bir saat gəzintiyə çıxmalısınız.

Medicina.az həmin məsləhətləri təqdim edir:

“Fast-food” tipli qidalanmadan uzaq durun

Kalorili, “fast-food”, qızardılmış, ətli və ya xəmirli qidalar yerinə təzə meyvə və tərəvəzləri seçin.
Gün ərzində hazır paketlənmiş qidalardan mütləq uzaq durun. Qızartma yerinə, sobada və ya suda bişirilmiş tərəvəzlərə qatıq əlavə edərək yeməklər hazırlaya bilərsiniz. Ədviyyatlarla zənginləşdirdiyiniz bu qidalar gün ərzində də sizi tox saxlayacaq.



Salatlardan faydalanın

Sağlam çəki vermənin əsas nöqtələrindən biri də çiy tərəvəzlərdən hazırlanan salatlardır. Pomidor, xiyar, yaşıl bibər kimi tərəvəzlərdən dadlı salatlar hazırlaya bilərsiniz. Salatlar aşağı kalorili olduğu üçün toxluq hissini artırır, qəbzliyin qarşısını alır.

Şirniyyatın yerinə meyvə yeyin

Şirniyyat istəyinizi meyvələrlə əvəzləyin. Beləliklə az kalori almış və immun sisteminizi gücləndirmiş olarsınız.



Gündə ən azı 2 litr su için

Suyu az içən insanlarda çəki vermək çətin olur. Bu proses onlarda gec gedir. İsti havalarda tərləməklə bərabər bədəndən çoxlu miqdarda su atılır. Buna görə də böyrək və ya su ilə bağlı başqa problemi olmayanlar gündə 2 litr su içməlidirlər.

Duzu kəsin

Duzdan artıq miqdarda istifadə həm şişkinliyə, həm də yeməklərə ləzzət qatdığı üçün daha artıq yeməyinizə səbəb olar. Yeməyiniziə əlavə etdiyiniz duzu azaldaraq həm çəki vermiş, həm də yüksək təzyiq, ürək-damar xəstəliklərinin qarşısını almış olarsınız.

Ara yeməkləri ötürməyin

Artıq çəkidən azad olmaq üçün 3 əsas və 3 ara şəklində qidalanın.



Hər gün bir saat gəzin

Çəki vermək sadəcə pəhrizlə olmaz. Pəhrizlə bərabər gün ərzində idmanla məşğul olmaq lazımdır.

Gündə ən azı 1 saat gəzərək çəki verməyinizə kömək edə bilərsiniz.