Mətbəx portalı Marmiton yay mövsümü üçün ratatuyaya alternativ olaraq Kataloniyanın ənənəvi yeməyi olan eskalivadanı tövsiyə edib.
Medicina.az xəbər verir ki, közlənmiş badımcan, bibər, balqabaq, pomidor və soğandan hazırlanan bu yemək zeytun yağı və ətirli otlarla bir neçə saat marinad edilir. Nəticədə tərəvəzlər his ətri verən, yumşaq və zəngin dadlı olur.
Mütəxəssislərin sözlərinə görə, eskalivada uzun müddət bişirmə tələb etmir, otaq temperaturunda təqdim olunur və yay süfrələri üçün həm yüngül, həm də ləzzətli seçim hesab edilir.
Xanım,
Medicina.az