Yazda bədəndə ən çox çatışmayan vitaminlər

  • 2022.04.20 14:58
  • 2271 Baxış
Yazda bədəndə ən çox çatışmayan vitaminlər

Diyetoloq İrina Pisareva yazda ən çox hansı vitaminlərin çatışmadığını, eləcə də onların çatışmazlığını hansı qidaların doldurmağa kömək edəcəyini qeyd edib.

Medicina.az xəbər verir ki, Pisarevanın sözlərinə görə, qışdan sonra bir çox insan orqanizmində C vitamini çatışmazlığı hiss edir.

O əlavə edib ki, C vitamini daha çox sitrus meyvələrində və brokkolinin tərkibində olur. Diyetoloq pəhrizə daha çox tərəvəz əlavə etməyi məsləhət görür: "Gül kələmi, balqabaq, ispanaq bədən üçün faydalı olan vitaminlər və antioksidantlarla zəngindir".

Bundan əlavə, diyetoloq vurğulayıb ki, həm dəmir, həm də B vitaminləri paxlalı bitkilərdə olur, lakin onlar ət məhsullarında olduğu kimi orqanizm tərəfindən yaxşı sorulmur.

Diyetoloq xatırladıb ki, insanların əksəriyyətində günəş şüasının olmaması və yüksək keyfiyyətli dəniz məhsullarının kifayət qədər istehlak edilməməsi səbəbindən D vitamini çatışmazlığı var. /publika.az/