Yazda hansı meyvə-tərəvəzi yemək zərərlidir? - Nutrisioloqdən dəhşətli faktlar

  • 28 Apr 2022 15:10
  • 1264 Baxış
Yazda hansı meyvə-tərəvəzi yemək zərərlidir?  -  Nutrisioloqdən dəhşətli faktlar

Yaz aylarında orqanizmi vitaminlərlə bərpa etmək üçün bazar, marketlərdə hər rastınıza çıxan iri, rəngli, əlvan meyvə-tərəvəzləri almayın.


Bakupost.az xəbər verir ki, nutrisioloq həkim Nata Qonçar bəzi meyvə-tərəvəzlərin zərərindən danışıb

Mövsüm arası bəzi tərəvəzləri, meyvələri tez yetişdirib satış üçün yararlı vəziyyətə salmaq üçün çoxlu miqdarda nitratlardan istifadə olunur.

Nitratlar orqanizmə düşdükdə allergiya, toksiki zəhərlənmə, böyrəklərin, qaraciyərin zədələnməsi baş verir.

Çox insanlar belə meyvə-tərəvəzi yeyən kimi həzm pozulur.

Xroniki intoksikasiya yaradan nitratlar meyvələrin qabığında və qabıq altında çox olur.
Marketlərdə satılan belə meyvə-tərəvəzə aiddir:

- Qüsursuz görünüşlü alma, armud - onların qabığını difenilaminlə örtürlər, bu maddə bədxassəli şişlərə səbəb olur.

- Mövsümü olmayan, iri, lətli, parlaq çiyələk - üzəri metilbromidlə, xlorpikrinlə işlənir. Məhsulun şux qalmasını təmin edir. Bu maddələr də qalxanvari vəzin işini pozur, kanserogen təsirlidir.

Üzüm- 50% meyvəsi xlorpirifsin və insektisidlə işlənir.

Orqanizmə düşdükdə ishal, öskürək, başgicəllənmə verir.

Göyərti, salat yarpaqları, hakı, brokkoli, tərəvəzlər də pestisidlərin neqativ təsirinə məruz qalır.
Bolqar bibəri, üzəri parlaq xiyardan ehtiyatlı olun.

Alarkən çox iri, normadan böyük, parlaq, əlvan rənglilərini seçməyin. Onlarda kimyəvi maddə daha çoxdur. Üzəri şümal parlaq, qüsursuz meyvə-tərəvəz parafinlə örtülüb.

Yeməzdən əvvəl bütün meyvə-tərəvəz sirkə və ya limon əlavə edilmiş suda saxlanılıb, sonra üzəri təmiz yuyulur, almanın və qabığı soyulanların mütləq qabığı təmizlənir.

Aygün Musayeva
BakuPost