Ağacdan yıxılaraq xəsarət alan yazıçı Tahir Ələkbərli ambulator müalicə üçün evə buraxılıb.
"Medicina" xəbər verir ki, iyunun 7-si, saat 8:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən hündürlükdən yıxılma hadisəsi ilə bağlı çağırış daxil olub.
"Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 73 yaşlı (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və bel-omba nahiyəsinin travması diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir və ambulator müalicə üçün evə buraxılıb".