- Diqqət! Çəki almağınıza səbəb ola bilər Yedikcə iştahı açan 5 qida

  • 2019.01.17 09:27
  • 12062 Baxış
 - Diqqət! Çəki almağınıza səbəb ola bilər  Yedikcə iştahı açan 5 qida




Tez-tez istifadə etdiyimiz və bizi uzun müddət tox tutduğunu düşündüyümüz bir çox qidalar heç də zərərsiz deyil. Əsasən də qlisemik indeksi yüksək olan qidalar qandakı şəkər miqdarını sürətlə artırır. Bu səbəbdən də yeyildikdə enerji və toxluq hissi versələr də qısa müddətdən sonra aclıq hissinin yaranmasına səbəb olur. 




Medicina.az sizə yeyildiyində toxluq hissi verən, lakin sonradan insanı acdıran 4 qidanı təqdim edir: 




Zülal batonu 




Əgər istifadə etdiyiniz zülal batonu şəkər və sadə karbohidratlarla zəngindirsə, bu sizin onu daha çox yeməyinizə səbəb olacaq. Buna görə də, aldığınız batonun üzərini mütləq oxumalısınız. Yaxşı olardı ki, istifadə etdioyiniz batonun tərkibində fındıq, badam kimi çərəzlər, toxumlar və quru meyvələr olsun. 




Simit 




Simit ağ undan hazırlandığında aşağı qlisemik indeksə və lif səviyyəsinə malik olur. Bu  səbəbdən də qısa müddətlik toxluq hissi versə də, bir müddət sonra qandakı şəkər miqdarı yenidən azalaraq aclıq hissi yaradır. Bunun qarşısını almaq üçün ağ undan deyil tam taxıllı undan hazırlanmış simit yemək lazımdır.  




Peçenye 




Bir qutu peçenye yedikdən az bir müddət sonra nə üçün yenidən acdığınızı heç düşünmüsünüzmü? Bunun səbəbi hazır peçenyelərin tərkibində yüksək miqdarda şəkərin və rafinə olunmuş karbohidratların olmasıdır. 




Ağ düyü və makaron 




Plovu və makaronu sevməyən yəqin ki, çox az insan var. Amma bu qidaların da tərkibində karbohidrat miqdarı yüksək olduğu üçün aclıq hissini müvəqqəti olaraq aradan qaldırır.  




Meyvə şirələri 




Meyvə və tərəvəzlərin şirəsi çıxarıldığında lifdən təmizlənirlər ki, bu səbəbdən də toxluq hissi yaratmırlar. Ona görə də, meyvə şirəsi içəndə tam sıxılmamış və şəkər əlavə olunmamış şirələrdən istifadə edin. 




Arzu

Medicina.az




 - Diqqət! Çəki almağınıza səbəb ola bilər  Yedikcə iştahı açan 5 qida