Yediyimiz bu şorbalar zərər verir

  • 2023.05.09 15:21
  • 1691 Baxış
Yediyimiz bu şorbalar zərər verir
Çox evdar xanımlar borş, makaron, düyü və s. şorbaları yağlı ət bulyonunda bişirir ki, dadlı və faydalı olsun.


"Medicina" xəbər verir ki, həkimlər ət və ya balıq bulyonu ilə bişirilən belə şorbaların mədəaltı vəzi və mədə-bağırsaq traktının xəstəlikləri olan insanlara zərərli olduğunu bildirib.


Qastroenteroloq Yekaterina Kaşux bildirib ki, adətən belə şorbalar çox yağlı olur. Üstəlik ona kartof və makaron əlavə etdikdə, şəkər, ürək və mədə xəstələri üçün ikiqat zərərli sayılır.


Borş, xarço, solyanka kimi yağlı qatılaşdırılmış ət bulyonlarında şorba mədə-bağırsaq traktının xəstəlikləri (pankreatit, qastrit, xolesistit, enterokolit) olan insanlar tərəfindən yeyilməməlidir".

Şorbanı adi suda, tərəvəzlərlə bişirmək faydalı olar.

Aygün Musayeva