Yemək boşqabınızda qidalar niyə rəngarəng olmalıdır?

  • 2022.11.10 15:00
  • 1287 Baxış
Yemək boşqabınızda qidalar niyə rəngarəng olmalıdır?


Orqanizmini dərmansız vitamin-minerallarla təmin etmək istəyənlər, antioksidant təsirli qidaları tanımalı, hər yemək zamanı boşqabındakı qidaların rəngli olmasına çalışmalıdır.


"Medicina" xəbər verir ki, nutrisoloq Tatyana Ayupova antioksidant qidaların faydalarını açıqlayıb.

"Antioksidant qidalar hüceyrələrə bərpa olmağa kömək edir, qocalma proseslərini ləngidir, immuniteti möhkəmlədir, orqanizmdə xərçəng hüceyrələrini öldürür, sərbəst radikalları zərərsizləşdirir.

Onları qidalardan almaq üçün boşqabınızda bunlar olmalıdır.

- C vitamini ilə zəngin qidalar - sitrus, bibər, kivi, ispanaq, itburnu
- E vitamini ilə qidalar - zeytun yağı, kətan toxumu, kök.ş balıq, avokado

- A vitaminli qidalar - qaraciyər, kök, qaraciyər, yumurta, balıq
- Omeqa 3- tuns, losos, balıqlar

- Beta karotinli qidalar - rəngli, əlvan meyvə-tərəvəz, pomidor, kələm
- Likopenli ərzaq - qırmızı, çəhrayı tərəvəzlər, pomidor, qarpız
- Selen - düyü, buğda, qoz, paxlalılar
- Koenzim Q10- küncüt, toyuq əti,brokkoli, mal əti

Bu qaydada rasionunuzu təşkil etsəz, bahalı və sintetik BAD-ları alıb içməyə gərək qalmayacaq"

Aygün Musayeva