Əncir dolması ilə süfrənizə rəng, ağzınıza ləzzət qatın

  • 02 Sen 2019 13:22
  • 179703 Baxış
Əncir dolması ilə süfrənizə rəng, ağzınıza ləzzət qatın
Qonaqlarınıza təklif etmək üçün yeni ləzzət axdarırsınız? Masanızı şənləndirmək üçün quru əncirdən dolma fikri cəzbedi  gələr. az zəhmətli, çox ləzzətli bu ləzizi yeməyin dadına doymayacaqsınız. Medicina.az menyunuza əlavə etmək üçün maraqlı resepti təqdim edir.

 

Lazım olanlar:

 

 
•    500 qram quru əncir •    2 yemək qaşığı zeytun yağı •    2 yemək qaşığı başqa maye yağ •    1 ədəd orta boy baş soğan •    100 qram düyü •    şam qozasınını toxumu •    1 çay qaşığı duz •    1 çay qaşığı istiot •    1 çay qaşığı darçın •    1 stəkan su

 

Hazırlanma qaydası:

 

 Soğanı adi yeməyə doğranan kimi edin. Tavaya maye yağ və zeytun yağını əlavə tökün. Biraz isinəndə soğanları tavaya atıb və qovurun. Qızılı rəng almış soğanların üzərinə şamın çəyirdəklərini əlavə edib qovurmağa davam edin. Düyünü yuyub süzgəcdən keçirin.

 

 

qovrulmuş soğan və şam fıstığının üzərinə düyüləri əlavə edib qovurmağa davam edin. Ədviyyatları düyünün üzərinə tökün. Son olaraq suyu əlavə edin. Qapağını bağlayıb, düyülər yumuşalana kimi bişirin. Quru əncirlərin üzərinə çıxana kimi isti su qoyun.

 

Meyvələr azca yumuşalan kimi süzün. Əncirlərin alt hissəsini bıçaqla kəsin. Çay qaşığınını köməyi ilə içini qarışıqla doldurun. Soyuduqdan sonra süfrəyə verin. Nuş olsun