Yeməkdən sonra bunları qəti etməyin

  • 2023.04.26 21:36
  • 1293 Baxış
 Yeməkdən sonra bunları qəti etməyin
Yeməkdən sonra bir sıra qaydalara əməl etməlisiniz ki, qida düzgün həzm olunsun.

“Medicina” xəbər verir ki, yemək yedikdən sonra uzanmaq qəti qadağandır, çünki mədə və bağırsaqların işləməsi üçün müəyyən miqdarda enerji və qan axını tələb edir.


Həkim – diyetoloq Nataliya Slyunyayevanın sözlərinə görə, yeməkdən dərhal sonra yatsanız, bədən həzmi effektiv şəkildə idarə edə bilməyəcək, nəticədə mədə yanması və ya turşu ifrazı baş verə bilər.


Fiziki fəaliyyət və gəzinti ilə məşğul olmaq da tövsiyə edilmir. Bu, mədədə narahatlıq, ürəkbulanma və hətta qusmaya səbəb olur.

Bu ona görə olur ki, orqanizm idman zamanı istifadə olunan əzələlərə böyük miqdarda qan yönəldir.
Bununla da qan axını və həzm üçün lazım olan enerji azalır. Mədə-bağırsaq traktında oksigen çatışmazlığı da əzələ spazmına səbəb ola bilər.


Siqaret həzmi çətinləşdirə bilər. Siqaretin tərkibindəki nikotin qana oksigen axınını azaldır. Qastroenteroloq bildirib ki, tütün mədədə turşuluq səviyyəsini də artırır və mədə yanmasına səbəb ola bilər.

Ağır yeməkdən sonra mədəni basan və sıxan dar şalvar, kəmər və ya hər hansısa geyim geyinməyi məsləhət görülmür.

Aygün Musayeva