Yeməkdən dərhal sonra uzanmaq mədə yanması və çəki artımı kimi problemlərə yol aça bilər.
Medicina.az xəbər verir ki, yeməkdən sonra dincəlmək istəyi ümumi olsa da, uzanmaq bədənin təbii həzm prosesinə dərhal müdaxilə edir. Bu, mədə turşusunun özofagusa yığılmasına, reflüyə, çəki artımına, yuxu pozğunluğuna və diabetə səbəb ola bilər.
1. Ürək yanması və reflü
Arxa üstə yatmaq reflü və ürək yanması riskini artırır.
Bundan əlavə, mədə turşusu qida borusunda uzun müddət qalarsa, selikli qişanı qıcıqlandıra və yandıra bilər ki, bu da özofagus (qida borusu) xərçənginə səbəb ola bilər.
2. Həzm sisteminin yavaşlaması və həzmsizlik
Yuxu şişkinlik, qaz və qarın ağrısı kimi mədə narahatlığına səbəb ola bilər. Başqa sözlə, əzələ fəaliyyətinin azalması qidanın bağırsaqlara hərəkətini ləngidə bilər, həzm pozğunluğu riskini artırar.
3. Yuxu keyfiyyətinin azalması
Həzm prosesi zamanı orqanizm tam olaraq istirahət rejiminə keçə bilmir və mədə ağrısı, reflü və hıçqırıq kimi narahatlıqlar gecə boyu yuxu rejimini poza bilər.
4. Çəki artımı, insulin dirənci və tip 2 diabet riski
Yeməkdən sonra uzanmaq maddələr mübadiləsini ləngidə bilər. Bu, ritm pozğunluqları və insulin dirənci riskini artırır.
Xüsusilə günorta və ya axşam yeməyindən sonra uzanmaq, yandırılan kaloriləri azaldar və çəki artımına səbəb ola bilər.
Məsləhətlər
1. Yeməkdən sonra qısa bir gəzinti həzmi sürətləndirə və reflü riskini azalda bilər.
2. Balanslı, az yağlı yeməklərin uyğun porsiyalarda yeyilməsi yeməkdən sonra orqanizmi yormadan həzmə töhfə verir.
Aygün
Medicina.az