Yeməkdən sonra dərhal tualetə getmək normaldırmı?

  • 2023.08.11 18:45
  • 1698 Baxış
Yeməkdən sonra dərhal tualetə getmək normaldırmı?

Qida qəbulundan sonra tez müddətdə bağırsaqların boşalması və tualetə getmək istəyi qastrolik refleksdən ola bilər.


“Medicina” xəbər verir ki, Mayo klinikasının araşdırmasına görə, yeməyin həzm olunma müddəti insanın yaşı, boyu, çəkisindən asılıdır. Adətən buna 3-4 saat vaxt sərf olunur. Yalnız bu müddətdən sonra qidanın son qalıqları bədəni tərk edə bilər.

Amma çox insanlarda fizioloji reaksiya səbəbindən qidanın həzm sistemində hərəkəti stimulə olunur və tualetə 1-2 saat ərzində gedirlər. Bu reaktivliyi xolesistokin və motilin adlı hormonlar artırır. Onlar həzm sistemini tənzimləyən hormonlardır.


Yoğun bağırsağın yığılıb açılması tezləşdiyi üçün bu tualetə çağırış yarada bilər.

Bu hal nevroz, həzm pozuntusu, hormonal pozuntu və qıcıqlanmış bağırsaq sindromu olan şəxslərdə çox yaşanır: qlüten – Çeliakiy, Kron, kolit xəstəliyi, stress, təşviş pozuntusu və s.

Aygün Musayeva