Yeməyi sürətlə, tezbazar yerənləri gözləyən Təhlükə

  • 2022.11.09 15:45
  • 948 Baxış
Yeməyi sürətlə, tezbazar yerənləri gözləyən   Təhlükə
Qədimdən dədə-babalar yeməyi tələsmədən, danışmadan yeməyi öyüd-nəsihət edərdi.

"Medicina" xəbər verir ki, hazırda gənclər ayaqüstü, tələsik qidalanır, yeməyi çeynəmədən udur.


Amerika Ürək Dərnəyinin apardığı araşdırma zamanı sürətli yeməyin zərərləri sübut olunub.

Xirosima Universitetində yavaş və ya sürətli yemək yeməyin insan sağlamlığına təsirini test etmək üçün 2008-ci ildə 51 yaşlı və xəstəliyi olmayan 642 kişi və 441 qadının qatıldığı araşdırma aparılıb.


İştirakçıları sürətli, normal və yavaş yemək yeyənlər olaraq üç qrupa ayıran elm adamları, beş il ərzində iştirakçıların yemək yemə vərdişlərinə nəzarət edib. Nəticədə isə yavaş qidalanmağın daha sağlıqlı olduğu açıqlanıb.


Araşdırma nəticələrinə görə, sürətli yeyənlərin həzm sistemi xəstəliklərinə yoluxmaq riskinin 11.6 faiz, normal sürətdə yeyənlərin 6.5 faiz və yavaş yeyənlərin isə 2.3 faiz olduğu açıqlanıb.


Xirosima Universitetinin araşdırma yazıçısı və kardioloqu mütəxəssis Takayuki Yamaji mövzuyla bağlı açıqlama verib.


"İnsanlar sürətlə yemək yediklərində doyma duyğusu hiss etmir və bu səbəbdən daha çox yeyirlər. Daha yavaş sürətdə qida qəbul etmək həzm sistemi xəstəliklərinin qarşısını almaq üçün ən yaxşı üsul ola bilər” deyib.


Həkim sürətli yeməyin kökəlmə ilə nəticələndiyini, həmçinin qanda insulin dayanıqlılığının meydana gətirdiyini bildirib.

Aygün Musayeva