Yemişi tez yetişdirməyin sadə üsulu

  • 2026.08.11 13:58
  • 126 Baxış
Yemişi tez yetişdirməyin sadə üsulu

Sərt və tam yetişməmiş yemişi tez yetişdirmək üçün sadə üsul var.

Medicina.az xəbər verir ki, yemişi kağız torbada otaq temperaturunda 1-2 gün saxlamaq onun yetişməsini sürətləndirə bilər.

Bunun üçün yemişi kağız torbaya qoyub bağlamaq, quru və günəş düşməyən yerdə saxlamaq kifayətdir. Daha sürətli yetişməsi üçün torbaya yetişmiş alma və ya banan da əlavə etmək olar.

Yemişin yetişdiyini xoş şirin qoxusundan, ağır olmasından və saplaq hissəsinin yüngül yumşalmasından müəyyən etmək mümkündür.

Xanım,
Medicina.az