Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yenə leysan, külək gələcək

  • 2025.05.01 18:16
  • 92 Baxış
Yenə leysan, külək gələcək


Sabahdan bəzi rayonlara yağış və qar yağacaq.

"Medicina" xəbər verir ki, Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq 6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.


Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.