Yeni ildə hansı rənglərdən istifadə edək? - Mənaları

  • 2025.12.30 21:38
  • 260 Baxış
Yeni ildə hansı rənglərdən istifadə edək? -  Mənaları

Yeni il gecəsində seçilən rənglər adətən enerji, niyyət və arzuları simvolizə edir.

Medicina.az ən çox inanılan və istifadə olunan Yeni il rənglərinin mənalarını təqdim edir:

Qırmızı – Sevgi, ehtiras, güc və şans
Yeni ildə romantika, ailə istiliyi və emosional güc istəyənlər üçün.

Sarı / Qızılı – Pul, bolluq, uğur
Maddi rifah, karyera yüksəlişi və fürsətlər üçün ən məşhur rənglərdəndir.

Yaşıl – Sağlamlıq, harmoniya, yenilənmə
Sağlam il, daxili sakitlik və təbiətlə balans simvoludur.

Mavi – Sakitlik, inam, müdriklik
Stresssiz, sabit və rahat bir il arzulayanlar üçün.

– Təmizlik, yeni başlanğıc, sülh
Keçmişi geridə qoyub yeni səhifə açmaq istəyənlər seçir.

Bənövşəyi – Ruhani inkişaf, intuisiya, yaradıcılıq
Daxili güc və fərdi inkişafla əlaqələndirilir.

Qəhvəyi – Sabitlik, ailə, güvən
Daha möhkəm, köklü qərarlar və ailə dəyərləri üçün.

Qara – Güc, ciddilik, sirr
Dəyişiklik və nəzarət hissini simvolizə edir (adətən başqa rənglərlə birlikdə seçilir).

Aygün
Medicina.az