Yeni ilə 4 gün sonra girən adam… - FOTO

  • 2023.01.12 13:28
  • 1152 Baxış
Yeni ilə 4 gün sonra girən adam… -  FOTO
Bakıda 38 yaşlı Polad Əliyev Yeni ili dörd gün sonra qarşılayıb.

Medicina.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb.

Bildirilib ki, P. Əliyev dekabrın 25-də avtomobil qəzasında ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Gətirilərkən çoxsaylı və ölümcül yaralar aldığı müəyyən olunub.

O, 15 gündən çox reanimasiyada, 10 gün isə koma vəziyyətində olub. Nəticədə Yeni ili yanvarın 4-də qarşılayıb.