"Yeni Klinika"da bir xəstənin üzərində eyni vaxtda 3 əməliyyat

  • 2024.04.29 16:40
  • 574 Baxış
"Yeni Klinika"da bir xəstənin üzərində    eyni vaxtda 3 əməliyyat

Yeni Klinikada ilk dəfə eyni anda bir nəfər üzərində üç əməliyyat - aorta qapaq protezlənməsi, aorta kök protezlənməsi və qalxan aorta protezlənməsi icra olunub.



"Medicina" xəbər verir ki, bu klinikada ilk dəfə “Bentall-De Bono” cərrahi əməliyyat uğurla icra edilib.

Təngnəfəslik şikayətləri ilə müraciət edən 1964-cü il təvəllüdlü kişi xəstədə aparılmış müayinələr zamanı aorta qapaq çatışmazlığı, aorta kök anevrizması və qalxan aorta anevrizması aşkarlanıb.


Ürək-damar cərrahı Mətin Hadizadə tərəfindən icra olunan əməliyyat zamanı aorta qapağı dəyişdirilib, qalxan aorta və aortanın kök hissəsi rezeksiya olunub, anevrizma ləğv edilərək koronar butonlar hazırlanıb. Həmçinin dakron protezlə aortanın kökü və qalxan aorta bərpa olunaraq koronar butonlar yeni aortaya tikilib.


5 saata yaxın icra olunan əməliyyatdan sonra xəstə bir gün Reanimasiya şöbəsində təqib edildikdən sonra 5 günlük stasionar müalicəyə cəlb olunub. Daha sonra o, ambulator müalicə üçün evə buraxılıb.