"Yeni pandemiyaya hazırlaşın" - ÜST-dən çağırış

  • 2020.11.06 12:26
  • 1436 Baxış
"Yeni pandemiyaya hazırlaşın" -  ÜST-dən çağırış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrini yeni pandemiyaya hazırlaşmağa çağırıb.

Bu barədə təşkilatın Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası ərəfəsində yayımlanan bəyanatında deyilir.

Qeyd olunur ki, yeni pandemiyaya hazırlıq məsələsi Assambleyanın sessiyasında müzakirə olunacaq əsas mövzulardan olacaq:

“Biz son bir il ərzində gördük ki, möhkəm səhiyyə infrastrukturuna malik ölkələr SARS-CoV-2 virusunun yayılmasına nəzarətin və bunun qarşısının alınmasında daha səmərəli iş görə bilib”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Assambleyasının 73-cü sessiyası noyabrın 9-14-də keçiriləcək.