Yeni virus yayıllır - Ağcaqanadlardan keçir

  • 2022.08.31 16:15
  • 1794 Baxış
Yeni virus yayıllır   -  Ağcaqanadlardan keçir

Yunanıstanda adətən ağcaqanadlar vasitəsilə yayılan Qərbi Nil virusu səbəbi ilə 11 nəfər ölüb.


Medicina.az xəbər verir ki, artıq 123 nəfərdə bu virus yoluxması qeydə alınıb.


Xəstələrin 74-ündə mərkəzi sinir sisteminə təsir edən simptomların olduğu, 49-unda isə ya yüngül simptomların olduğu, ya da heç bir əlamətin olmadığı bildirilib.

Yunanıstanda ötən həftə sözügedən virusa 36 yeni yoluxma hadisəsi qeydə alınıb.

Aygün Musayeva