Yeniyetmələrdə ürək ağrısının səbəbləri – Hansı problemlər yaranır?

  • 2023.09.19 16:30
  • 2108 Baxış
Yeniyetmələrdə ürək ağrısının səbəbləri  – Hansı problemlər yaranır?
Bir çox ürək patologiya və anomaliyaları yeniyetməlikdə üzə çıxsa da, onlar anadangəlmə olur, sadəcə simptomsuz inkişaf edir və büruzə vermir.

“Medicina”xəbər verir ki, kardioloq Anastasiya Fomiçev yeniyetməlik yaşlarda nəyə diqqət yetirməli olduğunuzu açıqlayıb.

“Yeniyetmələrdə kəskinləşən aritmiyalara- ürək ritminin pozulmasına diqqət yetirilməlidir.


Aritmiya genetik, irsi, eləcə də qazanılmış ola bilər. Əgər anadangəlmə olmayıbsa, ola bilər yeniyetmədə zərərli vərdişdən- siqaret, içki, narkotik, hər hansı dərmanalardan və stresdən yaransın. Vaxtında aşkar etdikdə uşağı ciddi ürək tutmasından xilas etmək olar.

Yeniyetməlik dövründə daha çox infeksion endokardit – ürəyin iltihabi xəstəliyi baş verir. Uşaqlar ağır bakterial, virus infeksiyası keçirdikdə, hətta angina, revmatizm nəticəsində ürək zədələnə bilər.


Qrip və koviddən virus miokarditi inkişaf edir. Bunu vaxtında aşkar edib müalicə etmədikdə, gələcəkdə ürək çatışmazlığına səbəb olur.

Yeniyetmələrdə hipertoniya – təzyiqə də rast gəlinir.

Əgər uşaqda əvvəllər olmayan əlamətlər – təngnəfəslik, baş ağrıları, tez yorulma, bayılma, nəbzin yüksəlməsi olarsa, dərhal kardioloqa müraciət edin”.

Aygün Musayeva