“Yer ayaq altından sürüşəcək və onlar gələcək” – Ötən əsrdə Çindən gələcək bəlanı görən keşiş

  • 2020.11.03 15:01
  • 3521 Baxış
“Yer ayaq altından sürüşəcək və onlar gələcək”  – Ötən əsrdə Çindən gələcək bəlanı görən keşiş



“Torpaq ayaq altından sürüşəcək, insanlar gömüləcək və onlar gələcək”

Bu cümlələr ötən əsrin 48-ci ilində yaşamış, müdrik qoca, qeyri-adi öncəgörmələri ilə məşhur olan keşiri Feodosiyaya məxsusdur.

Medicina.az xəbər verir ki, uzun müddət Qafqazda monastırlardan birində xidmət etmiş kişiyə Feodisey Kafkazksiy də deyirdilər.

Yeruselimə dini ziyarətə getdikdən sonra isə Yeruselimskiy titulunu alır.

O, uzun müddət Yunanıstanın Afon dağında qaldıqdan sonra xalq arasında öncəgörücülüyü və şəfa qüvvəsi ilə məşhurlaşdı. Onun yanına çox insanlar gedib, gələcəyi ilə bağlı cavablar və xeyir-dua alırdı.

Onun təkcə ayrı-ayrı adamlar yox, ümumilikdə dünya, ölkələrlə bağlı görmələri var idi.
O hələ ötən əsrin 50 –ci illərində demişdi:

“Tezliklə Çində qədim ilan oyayacaq, o, dünyada bütün bəlaların səbəbidir. Asiyadan gələn bəla bütün pravoslav dünyasını saracaq”.

Feodosiy əmin idi ki, Rusiya ilə Çin arasında baş verəcək toqquşma fəlakətlə nəticələnəcək.
Böyük dəyişiklik illərində torpaq insanların ayağı altından sürüşəcək.

Lakin sonra hər şey öz yerini alacaq. Rusiyanın ərazisi bir qədər kiçiləcək.

Bir çox rus keşişləri bildirir ki, Feodosiy Çindən gələn bəla dedikdə bu günkü koronavirusu nəzərdə tutub və görüb. Hələ ki, dünyanın başı virusla mübarizəyə qarışıb, amma onlar Çİndən bu pandemiyanın hesabını soracaqlar.