Yer kürəsi əhalisinin 90%-i yoluxub sağalmayana qədər pandemiya bitməyəcək- Bioloq professor

  • 07 Okt 2021 15:15
  • 1088 Baxış
Yer kürəsi əhalisinin 90%-i yoluxub sağalmayana qədər pandemiya bitməyəcək - Bioloq professor



“Mutasiyalar o halda yaranır ki, virusa yoluxan xəstələr xəstəliyi uzun müddət və ağır keçirir. Ağır keçirilən zaman virus həmin insanın orqanizmində daha çox yaşayır və güclənir. Daha sonra həmin mutasiya xəstə insandan digərlərinə keçir. Ona görə də koviddən ağırlaşmanın və xəstəlik müddətinin uzun olmasının qarşısını almaq lazımdır”.


Medicina.az xəbər verir ki, bunu molekulyar genetika laboratoriyasının rəhbəri, professor Konstantin Severinov bildirib.


“Epidemiya çox gəncdir, cəmi 1 il yaşı var. Hesab edirəm ki, virusun yoluxuculuq qabiliyyəti artr. Əgər planetin bütün dövlətlərində eyni vaxtda peyvəndləşməni apara bilmədilərsə, deməli, bir yol da var. Bütün insanlığın 80-90%-i virusa yoluxub sağalmayana kimi pandemiya davam edəcək.


Bir insanın neçə dəfə koronavirusa yoluxduğunu dəqiq demək üçün tezdir. Elə insanlar var ikinci dəfə yoluxub. Amma bundan sonra neçə dəfə yoluxmasını bilmirik. 90% yoluxan insanlar hələ ki, bir dəfə dəqiq yoluxma yaşayıb.


Kovid infeksiyasının spesifik dəqiq müalicəsi də yoxdur. Ümumiyyətlə istənilən viruslar çətin sağalır, hepatitdən başqa. Bir virusun müalicəsini tapmaq üçün 10 illərlə vaxt və dərman sınaqları lazımdır”.