Yerdə canlı həyat nə vaxt bitəcək? - ALİMLƏR AÇIQLADI

  • 2021.04.13 17:22
  • 3047 Baxış
Yerdə canlı həyat nə vaxt bitəcək? -  ALİMLƏR AÇIQLADI
Yaponiyanın Taxo universitetinin alimləri NASA ilə birlikdə Yer kürəsində canlı həyatın nə vaxt bitməsini hesablayıblar.

Medicina.az xəbər verir ki, Günəşdəki aktivliyin inkişaf dinamikası Yer planetində canlı həyat 1 000 002 021 ilə kimi yararlıdır.

Bu rəqəm günəş aktivliyi və Yerin temperaturunun dəyişmə sürətinə əsasən hesablanıb.

İnsanlıq başqa planetlərdə yaşaya bilərmi?

“Biz dünyanın daha 1 milyard il oksigensiz qalmaması üçün hər hansı tədbirlər görə bilmirik. 1 milyard il sonra Yerdə ancaq bəzi bakteriya növləri qalacaq. Qocalan Günəşin intensiv şüalları nəticəsində bütün canlılar məhv olacaq. Günəşin güclü şüalanması Yerdə oksigeni sürətlə yandırıb tükədir. Yerdə oksigenin azalması getdikcə canlı aləmi məhv edəcək” – deyə alimlər açıqlayıb.

Yerdə həyatın bitməsinə dünyanın zəngin insanları, məsələn, Ceff Bezos və İlon Maks da inanır.
Ona görə onlar Ay və Marsda həyat tapmaq və yaşamaq üçün imkanlar axtarırlar.

Ceff Bezos deyir:

“Biz Yer kürəsini tərk etməyə məcburuq. Kim istəyir qala bilər. Yüz minlərlə insan Ayda olacaq, sənaye müəssisələri də ora köçürüləcək. Bu insanlığı xilas etməyin yeganə yoludur”.