Yevlax xəstəxanasında YANĞIN - Xəstələr təxliyə edildi

  • 2019.12.11 11:43
  • 3156 Baxış
Yevlax xəstəxanasında YANĞIN -  Xəstələr təxliyə edildi
Yevlax şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Medicina.az-a verilən məlumata görə, yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.

Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.