Yeyəndən sonra gözdə duman və daim aclıq hissi bu xəstəliyin əlamətidir

  • 2022.08.01 15:46
  • 3233 Baxış
Yeyəndən sonra gözdə duman və daim aclıq hissi  bu xəstəliyin əlamətidir


Bəzən iqnor edilən, görməzdən gəlinən sakit simptomlar diabetin əlaməti ola bilər.

Bakupost.az xəbər verir ki, həkim endokrinoloq Emi Hess, Liza M və Ceysm Salem diabetin 2 ən sakit əlamətini açıqlayıb.


"Yemək yedikdən sonra gözdə dumanlanma, sanki beynin tormozlanması və daim aclıq hissi diabetin çəp çarpaz əlamətidir. Hətta yeyəndən sonra aclıq hissinin qalması insulinrezisdentliyə görədir, qlükoza əzələlərə daxil olmur, ona görə də bədən yeməkdən lazımi enerjini ala bilmir.

Eləcə də endokrin sistemdə problem olmasını göstərən əlamətlər daimi infeksiyalara yoluxmaq, gec sağalmaq və yaraların gec sağalmasıdır.

Diabet səbəbindən immunitet zəifləyir, o xəstəliklərə açıq qapı olur. Qadınlar sidik yolu, vaginal infeksiyalardan çox əziyyət çəkə bilər.
Eləcə də gözdə dumanlanma, görmənin zəifləməsi varsa və bu nahardan sonra baş verirsə, deməli qanda şəkər yüksəkdir. Qanda şəkər düzələndən sonra görmə də düzəlir. Bütün bu əlamətlər zamanı endokrinoloqa getmək mütləqdir".