Yol qəzasında ağır yaralanan uşağın vəziyyəti

  • 2026.01.13 15:54
  • 195 Baxış
Yol qəzasında ağır yaralanan uşağın    vəziyyəti


Bakının Səbail rayonunda, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı səkidə olarkən üzərinə yol nişanı aşan 10 yaşlı Sərxanın son vəziyyəti açıqlanıb.


Medicina.az xəbər verir ki, oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikadan bildirilib ki, 10 yaşlı Sərxan Hüseynli hazırda Pediatrik Stasionar şöbədə müalicə alır.

"Fiziki müalicə və fizioterapiya davam etdirilir. Şüuru açıqdır, nitqi normaldır və verilən göstərişləri yerinə yetirir. Dəstək ilə yeriyir. Yaxın zamanda evə buraxılması planlaşdırılır", - deyə məlumatda vurğulanır.

medicina.az