Yol qəzasında yaralanan ana-bala 10 gün sonra öldü

  • 2023.01.06 17:20
  • 1766 Baxış
Yol qəzasında yaralanan ana-bala 10 gün sonra öldü

Ağır qəzada yaralanan ana və oğlu 10 gün sonra öldülər

Dekabrın 25-də Bakı-Quba magistralının Şabran rayonundan keçən hissəsində ağır qəzada xəsarət alan ana və oğlu xəstəxanada vəfat ediblər.

"Medicina" xəbər verir ki, “Hyundai” markalı avtomobillə toqquşandan sonra aşan “Opel”də ağır xəsarət alan 47 yaşlı Samirə Əliyeva və oğlu, 29 yaşlı Fariz Bayramoğlu Sumqayıtdakı xəstəxanada dünyalarını dəyişiblər.

Qəzada ailənin digər üzvü, S.Əliyevanın həyat yoldaşı Bayram Həsənov yüngül xəsarətlər alıb.

Qeyd edək ki, F.Bayramoğlunun iki yaşlı qızı qalıb.