Yola, səfərə çıxanda ürəyi bulananlar – Nə etməli?

  • 2023.05.04 21:29
  • 2277 Baxış
Yola, səfərə çıxanda ürəyi bulananlar  – Nə etməli?
Avtomobil, avtobus və ya gəmi gəzintisi zamanı bir çox insanlar ürəkbulanma ilə qarşılaşır.

Adətən belə ürəkbulanmalar uşaqlar və yaşlı nəsil arasında baş verir. Əsasən də dəniz səyahəti zamanı çox rast gəlinir.

“Medicina” xəbər verir ki, həkim – nevroloq Olqa Danilovanın sözlərinə görə, yolda, səyahətdə baş verən ürəkbukanmaya kinetoz və ya hərəkət xəstəliyi deyilir. Lakin tibbi nöqteyi-nəzərdən bu əsl xəstəlik yox, yalançı xəstəlikdir.

“Yalançı xəstəlik – orqanizmin xüsusi vəziyyətidir. Görmə orqanlarından beyinə daxil olan siqnalların uyğunsuzluğu səbəbindən yaranır.

Məsələn, bir şəxs telefona baxırsa və ya yaxınlaşan üfüq xəttini görmürsə, nəticədə, reaksiyaların qarşıdurması yaranır və bir insanın rifahı, vəziyyəti kəskin şəkildə pisləşir.




Bu xəstəliyin müalicəsi yoxdur. Buna görə də, ürəkbulanma ilə mübarizə üsulları fərdi olaraq seçilməlidir.

Lakin bəzi məsləhətlərə əməl etsəniz, vəziyyət idarə oluna bilər:

Avtomobilin ağırlıq mərkəzinə yaxın oturun
Güclü qoxulardan uzaq durun, ətir vurmayın

Düz irəli baxın, başı sağa sola və aşağı əyməyin
Zəncəfilli su və ya limon yanınızda olsun
Kitab oxumayın və telefona baxmayın
Sürücü oturacağında ürəkbulanma baş vermir

Günay Quluzadə