Yollar qardan təmizlənir - FOTO

  • 2026.01.21 10:41
  • 170 Baxış
Yollar qardan təmizlənir -  FOTO

Dünən, yanvarın 20-si gündüz saatlarından etibarən paytaxt Bakıda şaxtalı hava şəraiti və qar yağması ilə əlaqədar Bakı Şəhər və paytaxt rayonlarının İcra hakimiyyətləri, şəhərin kommunal xidmətləri gücləndirilmiş rejimdə çalışırlar.

Medicina.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, dünəndən etibarən yağan qarın təmizlənməsi ilə bağlı operativ tədbirlər həyata keçirilir. Bununla əlaqədar gecə və səhər saatlarında xidmətlərin xüsusi təyinatlı texnikası tərəfindən maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib, həmçinin buzlaşma müşahidə edilən səkilər və ümumi istifadədə olan həyətlərdə qardan təmizləmə işləri aparılır.


Yollar qardan təmizlənir -  FOTO
Yollar qardan təmizlənir -  FOTO
Yollar qardan təmizlənir -  FOTO