Yoluxanların sayı 154 milyonu ötdü - Dünyada

  • 2021.05.04 09:15
  • 1078 Baxış
Yoluxanların sayı 154 milyonu ötdü -  Dünyada
Dünyada 154 195 608 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, virusdan 3 227 188 xəstə ölüb, 131 615 229 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk beşlikdə olan dövlətlər ABŞ (33 230 561 nəfər), Hindistan (20 282 833 nəfər), Braziliya (14 791 434 nəfər), Fransa (5 656 007 nəfər) və Türkiyədir (4 900 121 nəfər).