Yoluxanların sayı artmaqda davam edir: 113 milyonu ötdü

  • 2021.02.25 09:25
  • 1096 Baxış
Yoluxanların sayı artmaqda davam edir:  113 milyonu ötdü

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 113 milyon 100 min 697 nəfərə çatıb.

Medicina.az xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 508 min 913 nəfərdir. İndiyədək 88 milyon 722 min 239 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.