Yoluxma sayı aşağı düşdü - Azərbaycanda

  • 2020.09.07 17:02
  • 3800 Baxış
Yoluxma sayı aşağı düşdü  - Azərbaycanda

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2 030 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 936, bu günə qədər isə ümumilikdə 967 040 test icra olunub.