Yoluxma sayında növbəti rekord

  • 2021.04.24 23:58
  • 2046 Baxış
Yoluxma sayında növbəti rekord

Son sutkada 893 mindən çox koronavirusa yoluxma qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu, dünyada koronavirusa yoluxmada günlük rekorddur.

Bundan öncə ən yüksək göstərici yanvarın 8-də qeydə alınmışdı – 819 min yoluxma.

Dünya miqyasında yoluxma sayının artması Hindistanda yaşanan qorxunc yoluxma sayı ilə əlaqələndirilir.

Ümumilikdə, dünyada koronavirusa yoluxma sayı 146 milyonu ötüb.