Yoluxmadan sonrakı 2 həftə ən təhlükəli dövrdür

  • 2021.08.05 19:17
  • 1228 Baxış
Yoluxmadan sonrakı 2 həftə ən təhlükəli dövrdür

Kovidə yoluxduqdan sonrakı ilk 2 həftə xəstələr üçün ən təhlükəlisidir.

Medicina.az xəbər verir ki, bu ərəfədə infarkt və insult riski dəfələrlə artır.


Bu barədə İsveç alimləri məlumat verib.

Onlar 86 min nəfər kovid keçirmiş xəstələrin tibbi məlumatlarını araşdırıb.

Nəticələr göstərib ki, xəstəliyin ilk 2 həftəsində insult və infarkt riski 2-3 dəfə yüksəlir. Bu insanların heç biri koronavirusdan öncə ürək, beyin problemindən əziyyət çəkməmişdilər.

Ona görə də yaşlı, xəstə və risk zonasında olan insanların kovidə qarşı peyvənd olunması çox vacibdir. Onlar yoluxsalar, koviddən də əlavə, infarkt və insultdan həyatlarını itirə bilərlər.