Yüksək insulin və şəkəri analizsiz necə bilməli?

  • 2023.06.12 18:04
  • 1704 Baxış
Yüksək insulin və şəkəri analizsiz necə bilməli?
İnsulin müqaviməti və yüksək qan şəkəri müasir insanların əsas sağlıq problemləridir. İnsulin və qan şəkərinin səviyyəsini analiz aparmadan öyrənə bilərsiniz.


“Medicina” xəbər verir ki, kosmetoloq Tatyana Ayupovanın sözlərinə görə, bir insanın yüksək qan qlükoza səviyyəsinə və insulin müqavimətinə malik olduğunu göstərən vizual əlamətlər var.


“Belə əlamətlər papillomalar, tünd dəri sahələri, artıq çəkidir. Xüsusən qolaltı, boyun arxası sahədə qaralmalar insulindən ola bilir.

Şirniyyat yemək vərdiş obsessif ola bilər və bu zaman orqanizmdə şəkərdən əsl asılılıq yaranır. Ancaq şəkər çox tez sovrulur və bu səbəbdən enerjinin artmasına səbəb olur, sonra onun azalması səbəbindən qəfil şiddətli yorğunluq hiss edilə bilər.

Başqa bir əlamət mədə-bağırsaq traktının problemləridir. Bir insan çoxlu şəkər yeyirsə, bağırsaq florası balanssızlaşır. Bu həzm pozğunluqlarına səbəb ola və immunitet sisteminə mənfi təsir göstərə bilər”.

Günay Quluzadə