Yüksək təzyiq koronavirusdan təhlükəli imiş - Azərbaycanda bu qədər insanı öldürür

  • 2021.07.02 15:16
  • 1263 Baxış
Yüksək təzyiq koronavirusdan təhlükəli imiş   - Azərbaycanda bu qədər insanı öldürür

Azərbaycanda hər il hipertoniyadan (qan təzyiqinin yüksək olması) 24 min insan ölür.


Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, hipertoniya hər il ölkə iqtisadiyyatında 600 milyon manatlıq itkiyə səbəb olur.

"Təkcə Şamaxıda 19 min hipertoniya xəstəsi var. Bunlardan sadəcə 2400-ü xəstə olduğunu bilir və müalicə alır. Digərləri ölüm riski qrupuna daxildir".

ÜST rəsmisi bu baxımdan ilki səhiyyə xidmətinin önəmini vurğulayıb. (trend)