Yüksək təzyiq və insulta qarşı ucuz içki

  • 2024.02.08 22:41
  • 1316 Baxış
Yüksək təzyiq və insulta qarşı  ucuz içki

Yüksək təzyiqdən əziyyət çəkən insanlar insulta da yaxındır.


“Medicina” xəbər verir ki, alimlər sitrusların insult riskini azaltdığını bildirib.


ABŞ tədqiqatçıları sitrus meyvələrində olan qesperidin maddəsinin beyinə təsirini floumetr adlı dopler cihazı vasitəsilə öyrəniblər.

Dopler altında olan lazer şüası vasitəsilə dəri altından qan dövranını izləyə biliblər.


Belə ki, doplerə qoşulan insana qesperidin olan məhlul verilir, bu isə 2 stəkan təbii portağal şirəsinə bərabərdir.


İştirakçılarda portağal şirəsindən sonra qan dövranı xeyli yaxşılaşıb.

Bu zaman təzyiq düşür. İnsultun profilaktikasında portağal şirəsinin təsiri tərkibindəki xeyli maddə birləşmələrindəndir.


Hipertoniyadan əziyyət çəkən insanların rasionunda portağal həm meyvə kimi,həm də təzə şirə kimi yer tutmaldır.

Paketləşdirilmiş portağal şirəsi bu effekti verir, onda çoxlu şəkər var.

Aygün M