Yüksək təzyiq xəstəliyinin növləri və səbəbləri - Fərqli müalicə metodu

  • 17 May 2021 15:22
  • 1187 Baxış
Yüksək təzyiq xəstəliyinin növləri və səbəbləri  - Fərqli müalicə metodu


Hipertoniya xəstəliyi arterial təzyiqin normadan yuxarı olmasıdır. Təzyiq hər kəsdə fərqli rəqəmlər göstərə bilər.Ancaq normada 140/90 mmHg aşağı olmalıdır.

Arterial təzyiq xəstəliyi 2 formada olur.Birincili və İkincili


- Birincili hipertoniyada adətən təzyiqin yüksəlməsinə səbəb olan konkret bir faktor aşkar olunmur.
90% hallarda 1-cili hipertoniya müşahidə olunur.Bu zaman təzyiq zaman keçdikcə artır.

- İkincili hipertoniya zamanı adətən təzyiq qəflətən yüksəlir və çox yüksək rəqəmlər müşahidə olunur.

Səbəbləri


- Böyrək xəstəlikləri və böyrək üstü vəz xəstəlikləri,
- Qan damarlarının anadan gəlmə qüsurları,
- Qalxanabənzər vəz xəstəlikləri,
- Müxtəlif dərmanların qəbulu (kontrseptiv dərmanlar,qeyri steroid iltihab əleyhinə dərmanlar və.s).

Əlamətləri

- Baş ağrı–xüsusən ənsə nahiyyəsində,
- Baş gicəllənmə və ürək bulanma,
- Qulaqlarda küy və.s kimi əlamətlər müşahidə oluna bilər.


Təzyiqin yüksəlməsinə şərait yaradan müxtəlif risk faktorları var:

- Şəkərli diabet,
- Hərəkətsizlik və az çəki
- Siqaret istifadəsi,
- Düzgün olmayan qidalanma və duzlu qidaların çox istifadə olunması və s .





Müalicə

Hipertoniya xəstəliyinin müalicəsi üçün ilk öncə diaqnoz düzgün qoyulmalıdır.Hər təzyiq yüksəlməsi təzyiq xəstəliyi deyil. Bəzən stresdən,güclü ağrının təsirindən təsadüfi təzyiq yüksəlməsi ola bilər.Bu zaman təzyiq dərmanı qəbul etməyə tələsməyin.Bəzən düzgün qidalanma və fiziki aktivliklə arterial təzyiqi normallaşdırmaq mümkündür.


Biotənzimləyici terapiya ilə müalicə ilk olaraq drenaj detoksikasiya ilə başlanır.Çünki orqanizm əvvəlcə toplanmış "əlavə məhsullardan" təmizlənməlidir. Sonra isə xəstəliyin səbəbinə, zədələnmiş orqana uyğun müalicə təyin olunmalıdır.Müalicənin gedişində qidalanmaya düzgün nəzarət mütləqdir.

Ətraflı məlumat üçün :

(012)430 89 89
(050,055,070) 430 89 89
Bakı şəhəri, Nəsimi rayonu, S.C.Pişəvəri küç. 110, BİOLOJİ TƏBABƏT KLİNİKASI