Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Yüksək təzyiqdə qan buraxma - işə yarayır?

  • 2025.08.07 19:02
  • 96 Baxış
Yüksək təzyiqdə qan buraxma   - işə yarayır?


Yüksək təzyiq xəstələri “qan aldırma, qan buraxma” xalq təbabəti üsulu ilə təzyiqlə mübarizə aparmağa çalışır və bir çoxları bundan sonra özlərini yaxşı hiss etdiklərini bildirir.

“Medicina” xəbər verir ki, kardioloq Günay Rəhimova qan buraxma barədə danışıb.


“Qanın bir miqdar bədəndən çıxarılması təzyiqi sala bilər, amma bu müvəqqəti təsirdir. Təzyiq yenidən qalxacaq. Xəstə hər dəfə qanını verə bilməz.


Hipertonik krizdə, siz təcili tibbi yardım çağırırsız və o damardan bir az qan çəkirsə, bu həmin an üçün təzyiqi bir az salmağa ilk yardım kimi təsir edə bilər.

Hipertoniya ilə mübarizə təkcə təzyiq aparatında rəqəmlərin aşağı olması deyil, hədəf orqanların xəstələnməməsinə yönəlik müalicədir. Hər gün qan verməkdənsə, düzgün seçilmiş dərmanını içsəniz, heç bir qan buraxmaya ehtiyac olmayacaq.

Təzyiq xəstələri hər dəfə damarından qan çəkməklə təzyiqi salmaqla orqanizmə əlavə fəsad yarada bilər”.


Aygün Musayeva