Yüksəlmiş xolesterinin gözlərdə ilk simptomu

  • 2021.10.21 19:40
  • 2009 Baxış
Yüksəlmiş xolesterinin gözlərdə ilk simptomu

Hansı əlamətlər xolesterinin təhlükəli vəziyyətindən xəbər verir.

Medicina.az xəbər verir ki, kardioloq bəzi əlamətləri açıqlayıb.

“Qanda yüksəlmiş xolesterin konkret xəstəlik deyil ki, hansısa ciddi ağrı və ya simptomla özünü biruzə versin. Lakin onun artması ürək-beyini təhlükə altında qoyur. Vaxtında onu aşkarlamaq üçün insan özü diqqətli olmalıdır.


Damarlarda xolesterin yığılması zərərli qidalanma, oturaq həyat tərzi, fiziki aktivliyin az olması, içki və siqaretdən olur.
Əgər sizdə döş qəfəsində ağrı, basqı və təngnəfəslik varsa, damar və arteriyalarda xolesterin yığılması və damar daralmasından şübhələnmək lazımdır. Ağrı qola, boyuna, ələ, çənəyə döyüntüvari yayıla bilər.


Digər əlamət üzdə və göz dibi, gözün üstündə sarı, yumru, xırda piy vəzilərinin – ksantomaların yaranmasıdır. Ət xala bənzər bu çıxıntılar varsa, mütləq qanı, ürəyi yoxlatdırın”.