Yumruğu 90 saniyə sıxmağın faydası – Şok nəticə

  • 2023.05.16 11:10
  • 1659 Baxış
Yumruğu 90 saniyə  sıxmağın faydası  – Şok nəticə
Amerikalı alimlər 90 saniyə yumruğu sıxmağın yaddaşı yaxşılaşdırdığını sübut ediblər.


R.Propperin sözlərinə görə, informasiyanın mənimsənilməsi zamanı sağ yumruğu sıxmaq yaddaş üçün faydalıdır.
“Medicina” xəbər verir ki, tədqiqatçılar 50 böyük insanın iştirakı ilə təcrübə aparıblar.

İştirakçılar beş qrupa bölünüb.


Birinci qrup, sözləri əzbərləyərkən, sağ əllərində kiçik bir top sıxıb, ikincisi - sol əlində. Üçüncü qrup sözü əzbərləyəndə sağ əlini, oynayanda isə sol əlini sıxıb, dördüncüsü isə əksini edirdi. 5-ci qrup sadəcə olaraq, topu əllərində saxlayıblar.

Araşdırmanın nəticələrinə görə, üçüncü qrupdan olan iştirakçılar bütün sözləri xatırlayıblar. İkinci yeri bir əli ilə topu sıxan qrup tutdu. Qalan könüllülər pis nəticələr göstəriblər.

Təcrübə göstərdi ki, sadə hərəkətlər beynin fəaliyyətini dəyişdirə və yaddaşı yaxşılaşdıra bilər.

Gələcəkdə ekspertlər yumruq sıxmağın digər yaddaş növlərini də stimullaşdırmağa kömək edə biləcəyini öyrənməyi planlaşdırır.

Günay Quluzadə