Yumurtalıq xərçənginin 6 əlaməti - Səhv salmayın

  • 2022.09.22 13:38
  • 3059 Baxış
Yumurtalıq xərçənginin 6 əlaməti  - Səhv salmayın


Qadınlarda yumurtalıq xərçəngi ən gizli qatil hesab olunur. Çünki bu xəstəlik aylarla heç bir əlamət verməyə bilər.


"Medicina" xəbər verir ki, məhz bu onkoloji xəstəlik dünyada qadınların xərçəngdən ölümü üzrə 5-ci yeri tutur.

Yumurtalıq xərçəngi əlamətlərini mentsruasiya pozulması, ümumi qarın ağrısı, ağrısı, PMS, kista ağrısı, əzələ ağrısı ilə asanlıqla səhv salmaq olar.


Əgər sağ və sol tərəfdə, eləcə də qarının aşağısında və belə vuran ağrılarla yanaşı bu simptomlar varsa, təcili həkimə gedin.

İştahın itməsi, qarında hədsiz köp, qəbizlik, tez-tez sidiyə getmə, menstruasiya tsiklinin pozulması, diafraqmaya kimi qalxan ağırlıq hissi, ümumi halsızlıq.


Yumurtalıq şişləri böyrəklərdən tutmuş həzm sisteminə kimi təsir edir.
Hətta mədə göynəməsi, qıcqırması belə yumurtalıqdan ola bilər.

Yumurtalıq xərçənginin yaşı yoxdur. Gənc və yaşlı qadınlarda görülə bilir.

Aygün Musayeva