Yunanıstanda qadın korona peyvəndindən sonra ÖLDÜ

  • 2021.05.07 17:04
  • 1788 Baxış
Yunanıstanda qadın korona peyvəndindən sonra  ÖLDÜ
44 yaşlı qadın koronavirus peyvəndinin sabahı ürək tutmasından ölüb.

Medicina.az xəbər verir ki, Yunanıstanın vaksinasiya üzrə Milli Komitəsi peyvəndlə ölümün arasındakı təsiri araşdırır.

Professor Mariya Teodorida meyitin müayinəsinin nəticəsində qadının iri damarların trombozu nəticəsində öldüyünü göstərdiyini bildirib.

“Vaksindən qısa müddət sonra ölümün səbəbləri ciddi araşdırılmalıdır. Görünür qadın öncədən ciddi ürək xəstəliyindən əziyyət çəkib və bir dəfə hətta gizli infarkt da keçirib. Lakin bu haqda onun tibbi kitabçasında məlumat yoxdur.

Bu meyitin yarılmasından sonra məlum olub. Hələ ki, ölkədə peyvənddən sonra ciddi venoz tromboz 1 dəfə qeydə alınıb. Ciddi vəziyyətlər nadir halda olur. Lakin biz trombozlar barədə bütün məlumatları mərkəzdə toplayırıq, eləcə də vaksindən sonra qeydə alınan bütün problemləri”.