Tapşırıq və pul verməklə, özünüzü xəstəxanalara salmayın! - Həkimdən ÇAĞIRIŞ

  • 2020.11.30 17:03
  • 13534 Baxış
Tapşırıq və pul verməklə, özünüzü xəstəxanalara salmayın!  - Həkimdən ÇAĞIRIŞ


Covid-19-a yoluxma halları çox artıb, əksər insanlar panikadadır,

Azərbaycan Həkimləri İctimai Birliyinin üzvü Aydın Əliyev həmişəki kimi tövsiyə və xəbərdarlıqlarını çatdırmaqda davam edir.


Medicina.az xəbər verir ki, həkim xəstəliyi yüngül keçirənlərin xəstəxanaları yerləşdirilməsini səhv hesab edir.

Həkimin tövsiyələrini təqdim edirik:


1. Qorxmayın! Qorxu, panika, stress immun sistemi çox zəiflədir!
2. 80-90%-ə qədər insanlar bu xəstəliyi yüngül keçirir.
3. Temperatur 38,5-dən azdırsa, ciddi halsızlıq, boğulma, təngnəfəslik yoxdursa, KT müayinəsində ağciyərlərdə buzlu şüşə mənzərəsi 15%-dən azdırsa antibiotiklər, deksametazon qəbul etməyin, sistemlər qoşdurmayın!
4. Bu dərmanlar orqanizmi zəiflədir!

5. Nə qədər xəstələr bunları lazım olmadığı halda edib özlərini ağırlaşdırıblar!

6. Başağrısı, boğaz qıcıqlanması, əzələ ağrıları, burun qıcıqlanması, t-un 38,5-ə qədər yüksəlməsi, yüngül halsızlıq, iybilmə və dadbilmə hisslərinin pozulması, yüngül öskürək xəstəliyin yüngül əlamətləridir qorxmayın!

7. Bu yüngül əlamətlər olduqda əgər şəkərli diabet, hipertoniya, orqan transplantasiyası və yanaşı ağır xəstəliyiniz yoxdursa limon, çoxlu zoğal, moruq mürəbbəli çay, soğan sarımsaq və günəş az olduğu üçün vit d qəbul edə bilərsiz profilaktik dozada.

8. Yox əgər hərarət 38,5-dən çoxdursa, boğulma, təngnəfəslik, KT müayinəsində buzlu şüşə 20% və daha çoxdursa, şəkərli diabet və ya yanaşı ağır xəstəliyiniz varsa özbaşına müalicələr etməyin, ya təcili yardıma zəng edin, ya da covidlə məşğul olan həkimlə məsləhətləşin!

9. Yüngül şikayətlərlə adam tapıb tapşırtdırıb, pul verib özünüzü xəstəxanalara salmayın! Ağır xəstələrin yerini tutmayın! Haqsızlıq edəndə də immun sistem zəifləyir, ağırlaşma riski artır! Əgər ALLAH bizə ölüm yazıbsa onsuz da öləcəyik! Məgər xəstəxanada ölən azdır?

10. Tibbi maska geyinək, ara məsafəsi saxlayaq, əl ilə görüşməyək, öpüşməyək, qucaqlaşmayaq, əl gigiyenasına riayət edək!