Yuxu nədir bilməyən, ac qalan, heç nəyə inanmayan - Xoşbəxt PRAHA qəbiləsi

  • 30 Mrt 2021 17:40
  • 1191 Baxış
Yuxu nədir bilməyən, ac qalan, heç nəyə inanmayan -  Xoşbəxt PRAHA qəbiləsi
Braziliyada Maisa çayının sahilində hələ də qədim ənənələri ilə yaşayan hindu qəbiləsi Prahanın sakinlərini Yer üzünün xoşbəxt insanları hesab edirlər.

Onlar keşmiş barədə düşünmür, qəm nədir bilmir, gələcək barədə fikir etmir, yalnız bu günlə yaşayır, heç nəyə inanmırlar

Medicina.az qəbilənin xoşbəxtlik sirrini təqdim edir.

Maraqlısı budur ki, onlar demək olar yatmırlar, yuxu nədir bilmirlər.
Pirahalılar özlərini ən düzgün insan hesab edir. Yemək, geyim ehtiyatı yığmır, sabah nə olacağı barədə düşünmürlər.
Buj qəribə qəbilə 70pci illərdə ingilis Deniel Everetta tərəfindən kəşf edilib. O qəbilədə 30 il yaşayıb.

Qəbilə adamları hesab edir ki, insana yatmaq olmaz. Çünki yuxu ikinci ölümdür, insanın gücünü, iradəsini alır, insan yuxuda özünü itirir, beyni dəyişir.

Onlar ilanlarla demək olar qucaq-qucağa yaşayır. Bizim işlətdiyimiz “gecən xeyrə qalsın” arzusu onlarda başqa cürdür: “Yatmaq olmaz, ilanlar”.

Pirahalı gecə yatmır, gəzişir, harda yuxu onu tutsa, 20 dəqiqə oturub mürgüləyir.
Qəbilədə hər 7 ildən bir ad dəyişilir, hər yaşda ayrı-ayrı adlar olur.

Onlar hesab edir ki, orqanizmi qocaldan da yuxudur.

Təqvimləri olmayan Phala qəbiləsi vaxt, saat nədir bilmir, ancaq fəsillərin dəyişməsi, yağışlar və quraqlıqla ilin hansı dövründə olduğunu bilirlər.

Nə ov etsələr dərhal bişirib, bölüb yeyirlər, yeməyə bir şey olmasa 2-3 gün ac qala bilir və bunu özlərinə dərd etmirlər.